Центр коррекции и развития речи, внимания, памяти, сенсорной интеграции
"Diqqət" Proqramı
Diqqət çatışmazlığı və hiperaktivlik üçün unikal korreksiya proqramı

Proqramımız uşaqlara kömək edir:
  • seçici diqqəti inkişaf etdirmək– diqqət dağıdıcı amillərə baxmayaraq konsentrasiya olmağı öyrənmək
  • özünütənzimləməni inkişaf etdirmək – impuls və emosiyaları idarə etmək,  başaldığı işləri səbrlə  sona çatdırmaq bacarığını inkişaf etdirmək
  • sosial bacarıqları mənimsəmək – davranış qaydalarını başa düşmək və onları həyatda tətbiq etmək
Kim üçündür?
  • diqqət çatışmazlığı və öyrənmə çətinliyi olan uşaqlara
  • dərs zamanı səslərə, qıcıqlara  və ya digər diqqət dağıdıcı amillərə asan diqqəti yayınan uşaqlar üçün
  • dərs  tapşırıqları yerinə yetirərkən səbrlə diqqətini toplamaqda çətinlik  çəkən məktəblilərə
Necə istifadə olunur?
  • konsentrasiya məşqi – vacib olana fokuslanmağı və  diqqət yetirməyi və vacib olmayan amilləri görməzdən gəlməyi  öyrədirik
  • yaddaşın inkişafı – məlumatı daha yaxşı yadda saxlamaq və təkrarlamaqda kömək edirik
  • çoxtapşırıqlılığın idarə edilməsi – planlaşdırma və  eyni anda bir neçə işi yerinə yetirmə bacarıqlarını yaxşılaşdırırıq
  • motivasiya və dəstək – davamlı irəliləyiş üçün ailə məsləhətləşmələrini təşkil edilir
Nəticələr:
  • gücləndirilmiş diqqət – uşağın diqqəti  daha az yayınır və diqqətini daha uzun saxlayır
  • müstəqillik – daimi nəzarət olmadan tapşırıqları həll etmək bacarığı
  • özgüvən – narahatlığın azalması və təhsil motivasiyasının artması

Proqram həm korreksiya, həm də bacarıqların ümumi inkişafı üçün uyğundur